ABŞ və Rumıniya 920 milyon dollarlıq müdafiə krediti müqaviləsi imzalayacaq

2024/10/1727848670.jpg
Oxunub: 544     17:29     02 Oktyabr 2024    
Rumıniya hökuməti ABŞ-nin Rumıniya ilə müdafiənin modernləşdirilməsi proqramını dəstəkləmək üçün 920 milyon dollarlıq birbaşa kredit sazişi imzalayacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, razılaşma Rumıniyanın Rusiyanın Ukraynaya müdaxiləsindən sonra müdafiə satınalması planını artırmağa çalışdığı bir vaxta təsadüf edir.

NATO və Avropa İttifaqının üzvü olan Rumıniya ÜDM-in 2,5%-ni müdafiəyə xərcləməyi hədəfləyir.

Rumıniya Ukrayna ilə 650 km sərhədi bölüşür və Rusiya pilotsuz uçuş aparatları son bir il ərzində dəfələrlə Rumıniya ərazisinə daxil olub. Bəzi ərazilər eyni zamanda Rusiyanın tez-tez hədəf aldığı Ukraynanın Dunay çayı limanlarına yaxındır.

ABŞ-nin Xarici Hərbi Satış (FMS) mexanizmi vasitəsilə verdiyi kreditin ödəmə qrafiki 12 ildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rumıniya  


Bizi "telegram"da izləyin