Polşa Yaxın Şərqdəki eskalasiya səbəbindən miqrant dalğasından ehtiyat edir

2024/10/1727845606.jpg
Oxunub: 296     09:17     02 Oktyabr 2024    
Polşa hakimiyyəti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Belarusla sərhəddə qanunsuz miqrantların sayının artacağını gözləyir.

Ordu.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

“Bəli, bunun sərhəddə təzyiqi artırması ehtimalı var, biz buna hazırıq”, - PAP agentliyi nazirin sözlərindən sitat gətirib.

O, jurnalistlərdən birinin Yaxın Şərqdə baş verənlərlə bağlı Polşanı miqrasiya dalğası ilə təhdid edib-etmədiyi sualına belə cavab verib. Siyasətçi əlavə edib ki, onun rəhbərlk etdiyi idarə vəziyyətin inkişafını diqqətlə izləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin