İsrailin Baş Qərargahı: Vaxt seçiləcək, İranı cavab hücumu ilə təəccübləndirəcəyik

2024/10/1727844810.jpg
Oxunub: 243     03:05     02 Oktyabr 2024    
İsrail hərbçiləri İranın kütləvi raket hücumuna cavab vermək üçün vaxt seçəcək, onun hücum imkanları sürprizlər bəxş edəcək.

Ordu.az-ın İsrail Müdafiə Ordusunun Mətbuat xidmətinə istinadən məlumatına görə, bunu İranın atəşi başa çatdıqdan sonra çağırılan operativ müşavirənin yekunlarına əsasən İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Biz siyasi rəhbərliyin göstərişlərinə əməl edərək, İrandan nə vaxt bədəl tələb edəcəyimizi seçəcəyik və dəqiq, heyrətamiz hücum imkanlarımızı nümayiş etdirəcəyik”, - hərbi sərkərdə bildirib.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Evin məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İsrail, İraq, İordaniya və Livan hava məkanını bağlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin