Ordu.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
“İranın İsrailə hücumunu qəti şəkildə qınayıram, bu, regional təhlükəsizliyə təhdiddir”, - S.Mişel “X” sosial şəbəkəsində yazıb.
Mişelin sözlərinə görə, “Yaxın Şərqdə ölümcül eskalasiya spiralı indi dayanmalıdır”. "Regional müharibə heç kimin maraqlarına uyğun deyil. Aİ gərginliyin azaldılması və mülki əhalinin həyatının qorunması üçün səyləri dəstəkləməyə hazırdır", - o əlavə edib.
Ordu.az