Netanyahu: İran İsrailə hücuma görə cavab verəcək

2024/10/1727844342.jpg
Oxunub: 254     01:21     02 Oktyabr 2024    
İsrailin Baş naziri Binyamin Netanyahu İranın ölkəsinə qarşı kütləvi raket hücumunu “böyük səhv” adlandırıb və Tehranın bunun bədəlini ödəyəcəyini deyib.

Ordu.az-ın məlumatına görə, bunu B.Netanyahu İsrail televiziyasında yayımlanan müraciətində bildirib.

"İran bu gün böyük səhv etdi və bunun bədəlini ödəyəcək. İran rejimi bizim özümüzü müdafiə etmək və düşmənlərimizdən qisas almaq əzmini başa düşmür", - müraciətdə deyilir.

“Biz müəyyən etdiyimiz qaydaya əməl edəcəyik: kim bizə hücum edirsə, biz də ona hücum edirik”, - Baş nazir əlavə edib.

Netanyahu İranın hücumunu uğursuz adlandırıb. "Bu hücum uğursuz oldu. Bunun qarşısı dünyanın ən qabaqcıl olan İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən alındı. Müdafiəmizə verdiyi dəstəyə görə ABŞ-yə təşəkkür edirəm", - o deyib.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Ev məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin