Barnye Fransanın immiqrasiyaya nəzarət edə bilmədiyini etiraf edib

2024/10/1727844275.jpg
Oxunub: 208     00:38     02 Oktyabr 2024    
Fransanın yeni immiqrasiya nəzarəti siyasətinə ehtiyacı var.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Baş naziri Mişel Barnye Milli Assambleyada (parlamentin aşağı palatası) proqram çıxışı zamanı bildirib.

“Bizim immiqrasiya nəzarəti siyasətinə ehtiyacımız var. Artıq indiki immiqrasiya siyasətini qənaətbəxş şəkildə həyata keçirə bilmirik”, - o deyib.

Baş nazirin sözlərinə görə, istisna hallarda qanunsuz miqrantların saxlanma müddətinin uzadılması lazımdır.

Hökumət başçısı həmçinin qeyd edib ki, Fransa vaxtaşırı öz sərhədlərində nəzarət tətbiq etmək niyyətindədir.

“Fransa Avropa qaydalarına uyğun olaraq dövlət sərhədlərində nəzarətin tətbiqinə davam edəcək”, - o. Barnye bu yaxınlarda oxşar tədbirlər görən Almaniyanı misal çəkib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İmmiqrasiya  


Bizi "telegram"da izləyin