İsrail Baş nazirinin Ofisi: İran 180-ə yaxın raket atıb, onların əksəriyyəti dəf edilib

2024/10/1727843616.jpg
Oxunub: 205     23:33     01 Oktyabr 2024    
İran İsrailə 180-ə yaxın raket atıb, onların əksəriyyəti dəf edilib.

Ordu.az xəbər verir ki, bunu İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib.

Gendelman İsrailin həm müdafiə, həm də hücum baxımından istənilən ssenariyə hazır olduğunu vurğulayıb:

"Bizə zərər vurmaq istəyən və ya planlaşdıran hər kəsə zərbə endirəcəyik", - hökumət rəsmisi bildirib.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Ev məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin