Pezeşkian: İsrailə raket zərbələri ölkənin "qanuni hüquqlarına" əsaslanıb

2024/10/1727842982.jpg
Oxunub: 188     23:12     01 Oktyabr 2024    
İranın İsrailə raket zərbələri ölkənin "qanuni hüquqlarına" əsaslanıb.

Ordu.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Bu addım İranın maraqlarını və vətəndaşlarını müdafiə etmək üçün atılıb. Netanyahu bilməlidir ki, İran müharibəni qızışdıran deyil, lakin istənilən təhlükəyə qarşı qətiyyətlə dayanır. Bu, gücümüzün yalnız kiçik bir hissəsidir. İranla münaqişəyə girməyin”, - Pezeşkian vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin