İsrail Ordusu: Artıq İrandan təhlükə yoxdur

2024/10/0e2f8-1727806515.jpg
Oxunub: 473     21:59     01 Oktyabr 2024    
İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.

Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.

"İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o deyib.

Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq:

"Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin