Ordu.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Bundan əvvəl İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib ki, İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
***
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.
Ordu.az bu barədə İranın "Tasnim" agentliyinə istinadən xəbər verir.
SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək.
"The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb.
İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.
***
İrandan İsrailə doğru 400-ə yaxın raket atılıb.
Ordu.az xəbər verir ki, bu barədə “Jerusalem Post məlumat” yayıb.
İranın dövlət televiziyası İsrailə qarşı davam edən ballistik raket hücumunun yalnız birinci dalğa olduğunu və növbəti raundların gözlənildiyini bildirib.
***
İranın atdığı raketlər İsrail hava məkanına daxil olmağa başlayıb.
Ordu.az xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirir.
İsrail mənbələri Təl-Əvivin bəzi nöqtələrinin vurulduğunu bildirir.
İran dövlət mediası İsrailə hücumu təsdiqləyib
İran İsrailə qarşı raket zərbələri endirir.
Bu barədə İran dövlət mediası məlumat yayıb.
***
İran tərəfindən İsrailə 100 ballistik raket və qanadlı raket atılıb.
Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Hücumun miqyası və səviyyəsi ilə bağlı təfərrüatlar açıqlanmayıb.
“İrandan İsrailə raketlər atıldığı üçün bütün İsrail mülki vətəndaşları bomba sığınacaqlarındadır”, - qeyd edilib.
Ordu.az