Ordu.az xəbər verir ki, terminalın fotoşəkil, video və telemetriya məlumatları kimi məlumatların ötürülməsi üçün sabit peyk rabitə əlaqəsi təmin etdiyi və PUA-nın kəşfiyyat, hücum missiyalarındakı effektivliyini potensial olaraq artırdığı düşünülür.
İlk dəfə Ukrayna hərbi mənbələri tərəfindən bildirilən məlumat Rusiya PUA-larının əməliyyat çevikliyini artırmaq üçün kommersiya peyk texnologiyasından istifadə etməsi ilə bağlı suallar doğurur.
“Starlink” ilə təchiz edilmiş PUA-nın mümkün istifadə sahələrindən biri kəşfiyyat missiyaları zamanı “Shahed” PUA-sının real vaxt rejimində idarə edilməsini təmin etməkdir.
Bu sayədə operatorlar hədəfin yaxınlığında toplanan canlı kəşfiyyat məlumatları əsasında hədəflərini tənzimləyə biləcəklər.
Sevinc Əliyeva
Ordu.az