Çinin xəbərdarlıqlarına baxmayaraq, ABŞ-nin raket sistemi Filippində qalacaq

2024/10/1727774228.jpg
Oxunub: 320     12:34     02 Oktyabr 2024    
Filippin və ABŞ rəsmiləri geri çəkilməyəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə 2 filippinli rəsminin verdiyi açıqlamada qeyd olunub.

Açıqlamaya görə, Çinin narahatlığını ifadə etməsinə baxmayaraq, ABŞ və Filippin təhlükəsizlik rəsmiləri çəkindirmə gücünü artırmaq üçün Filippinin şimalında ABŞ-nin orta mənzilli raket sistemini qeyri-müəyyən müddətə saxlamağa razılaşıblar.

ABŞ ordusu Standart Raket-6 və “Tomahawk” Quru Hücum Raketini buraxa bilən quru əsaslı bir sistem olan “Typhon” raket sistemini aprel ayında Filippin qoşunları ilə həyata keçirilən döyüş təlimlərinin bir hissəsi olaraq və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarədə yerləşdirilə biləcəyini sınaqdan keçirmək üçün Filippinin şimalına daşıyıb.

“Tomahawk” raketləri 1600 kilometrdən çox məsafə qət edə bilir və bu da Çini hədəf mənzilinə daxil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   ABŞ  


Bizi "telegram"da izləyin