Avstraliya və Böyük Britaniya sualtı qayıqların birgə istehsalına dair müqavilə imzalayacaqlar

2024/10/1727774158.jpg
Oxunub: 310     11:54     02 Oktyabr 2024    
Avstraliya və Böyük Britaniya ABŞ-nin də daxil olduğu AUKUS ortaqlığı çərçivəsində yeni nüvə enerjili sualtı qayıqlar sinfinin istehsalı üçün ikitərəfli müqavilə bağlayacaqlarını açıqlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Avstraliya növbəti on il ərzində ABŞ-dən “Virginia” sinfinə məxsus nüvə sualtı qayıqları alacaq.

Daha sonra Britaniya və Avstraliya 2023-cü ildə elan edilən AUKUS müqaviləsi çərçivəsində Britaniyadakı “Barrow-in-Furness”də və Cənubi Avstraliyada yeni AUKUS sualtı qayıq sinfi inşa edəcəklər.

Verilən birgə bəyanatda AUKUS tərəfdaşlarının hücum, müdafiə məqsədləri üçün hipersəs texnologiyalarını inkişaf etdirmək, çatdırmaq imkanlarını artırdıqları və bu il genişmiqyaslı pilotsuz uçuş aparatı təlimi keçirəcəkləri bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Böyük-Britaniya   ABŞ  


Bizi "telegram"da izləyin