Ordu.az xəbər verir ki, Kaliforniyadakı “Travis” aviabazasından həyata keçiriləcək uçuş 3 reaktivli KC-10 “Extender” tanker-daşıma vasitəsinin 43 illik karyerasının sonunu gətirəcək.
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) KC-10 “Extender” ilə rəsmi şəkildə vidalaşarkən və son nümunəni qəbiristanlığa göndərərkən, bu tanker və yük təyyarəsinin 1981-ci ildə xidmətə daxil olduğu gündən bəri göstərdiyi xidməti də qeyd edib.
KC-10 inventarı son bir neçə il ərzində sürətlə azaldılıb, lakin ABŞ HHQ-nin gələcək tanker parkının nələrdən ibarət olacağı hələ tam aydın deyil.
Sevinc Əliyeva
Ordu.az