Erməni ekspert: “Hərbi əməliyyatlar təkcə Ermənistan sərhədlərinin bilavasitə yaxınlığında deyil, həm də daxilində baş verə bilər”

2024/10/1727772812.jpg
Oxunub: 318     13:36     02 Oktyabr 2024    
“Regionumuzda gedən proseslərin riski kəskin şəkildə artıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar təkcə Ermənistan sərhədlərinin bilavasitə yaxınlığında deyil, həm də Ermənistan sərhədləri daxilində baş verə bilər, bu halda İran-İsrail münaqişəsi zamanı hadisələrin necə inkişaf edəcəyindən çox şey asılı olacaq.

“İstənilən halda, sərhədlərimiz ətrafında baş verən hər hansı hadisə Ermənistanın təhlükəsizlik mühitinə dolayı və birbaşa şəkildə təsir göstərəcək”, - deyə Xaçatryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-əməliyyat  


Bizi "telegram"da izləyin