Erməni ekspert: “Ermənistan durmadan Türkiyənin təsir dairəsinə doğru irəliləyir”

2024/10/1727771684.jpg
Oxunub: 262     10:58     02 Oktyabr 2024    
“Ermənistan durmadan Türkiyənin təsir dairəsinə doğru irəliləyir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, ən təhlükəlisi Nyu-York hadisələri deyil, İrəvanın boşalması idi.

“BMT-dən gələn təəssürat kədərli idi. Ərdoğanla görüş zamanı və ondan sonra siyasi bəyanat verildi. Ermənistan davamlı olaraq Türkiyənin təsir dairəsinə doğru irəliləyir. Üstəlik, buradan hələ də müsbət cavab yoxdur. Ancaq ən pisi bu deyil. Əgər Ermənistanda ona “möhtərəm” deyə biləcək sosial təbəqə varsa, onun da öz “möhtərəm”ini tapmağa mənəvi haqqı var. Belə çıxır ki, Ərdoğan “möhtərəmlər” təbəqəsinin timsalında Ermənistanda artıq özünün sosial dəstəyinə sahibdir. Məgər bu belədir? Bəs Ermənistanın qalan hissəsi buna necə qarşı çıxır? İctimai aldanma, tükənmiş və ciddi siyasi elita heç nəyə qadir deyil”, - deyə Hovhannisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin