Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, qlobal miqyasda bunlar İranla bağlı və böyük mənada İrana qarşı hərəkətlərdir, bütün aspektlərdə Cənubi Qafqazda qüvvələr balansına təsir edəcək.
“Təsadüfi deyil ki, İsrailin eyni vaxtda bir neçə ölkə ərazisində hərbi əməliyyatlar aparması fonunda Azərbaycan İsraillə yeni hərbi-texniki müqavilə imzalayır. Hazırda isə vəziyyət mübaliğəsiz partlayış təhlükəlidir. Regionumuzda proseslər kəskin surətdə sürətlənib və sərhədlərimizin bilavasitə yaxınlığında yeni partlayış təhlükəsi var. Bunun birbaşa Ermənistana necə təsir edəcəyi və ya bizi kimin bu işə cəlb edəcəyi çoxlu sayda amillərdən asılıdır”, - deyə Abrahamyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az