Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan öz sosial şəbəkə hesabında yazıb.
“Məndə sual yaranıb ki, Paşinyan niyə Baydenin Nyu-Yorkda təşkil etdiyi vida ziyafətinə qatılmayıb? Qəbul edilmiş prosedura əsasən, ABŞ prezidenti Baş Assambleya sessiyasında iştirak edən BMT-yə üzv dövlətlərin başçılarını qəbula dəvət edir. Bu il sentyabrın 25-də saat 18:00-da Metropoliten muzeyində baş tutan qəbulda yüzlərlə dövlət başçısı iştirak edib. Həmin gün Paşinyan Ərdoğanla görüşüb, lakin bütün görüşləri bitirdikdən sonra qəbula qatılmadan ABŞ-ni tərk edib. Hesab edirəm ki, həmin qəbulda iştirak etməmək vəzifəsini tərk edən prezidentə hörmətsizlik idi. “Sən gedənsən” yanaşması yanlış idi”, - deyə Sarkisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az