Ordu.az xəbər verir ki, bunu İrəvanın Acapnyak inzibati rayonunda inşa edilmiş kilsənin açılış mərasimində “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan deyib.
“Təxminən 700 ildən sonra Sparapetin rəhbərliyi altında birləşib qalib gələ bildik. Amma ağlımıza, hiyləgərliyimizə, paxıllığımıza, daxili xəyanətimizə görə onu saxlaya, qoruya bilmədik. Qalib gələn həmişə gülümsəyir. Xalqımız qələbə sevincini başa düşmədi, təsəvvür etmədi, dərk etmədi. “27 Oktyabr” oldu və bu gün olanlar göz qabağındadır. 44 günlük müharibədən sonra biz “Yerkrapah” üzvləri 6-7 istiqamətdə döyüş növbətçiliyi həyata keçiririk. Bizim əsas super problemimiz Zəngəzurdur, 2020-ci ildən sonra “Yerkrapah” böyük sayla ən çətin, qəddar yer olan Hand kəndini saxlayır. Yaşamaq üçün çox çətin vaxtlarımız var, gəlin ailə olaq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az