Erməni ekspert: “Konstitusiya Məhkəməsi sadəcə olaraq Ermənistanın Qarabağ məsələsindən imtina etdiyini təsbit edib”

2024/10/1727767547.jpg
Oxunub: 369     12:23     02 Oktyabr 2024    
“Konstitusiya Məhkəməsinin 26 sentyabr tarixli SDO-1749 saylı qərarı ilə: müstəqillik bəyannaməsi “uşağı yeyən valideyn”ə bənzədilib, onda göstərilən bir sıra prinsiplərdən imtina edilib, xüsusən də Konstitusiya Məhkəməsi sadəcə olaraq Ermənistanın Qarabağ məsələsindən imtina etdiyini təsbit edib”.

Ordu.az xəbər verir ki, bunu konstitusiya məsələləri üzrə erməni ekspert Qohar Meloyan öz “Facebook” səhifəsində yazıb.

“İctimai arenaya atılan bölücü mövzularla gündəmdəki ciddi saxtakarlıqları gizlətmək normaya çevrilib. Konstitusiya Məhkəməsi minanı partladıb. Nə baş verib? Konstitusiya Məhkəməsinin 26 sentyabr tarixli SDO-1749 saylı qərarı ilə: müstəqillik bəyannaməsi “uşağı yeyən valideyn”ə bənzədilib, onda göstərilən bir sıra prinsiplərdən imtina edilib, xüsusən də Konstitusiya Məhkəməsi sadəcə olaraq Ermənistanın Qarabağ məsələsindən imtina etdiyini təsbit edib”, - deyə Meloyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin