“Hraparak”: Ermənistan hakimiyyəti Qarabağ mövzusunu yekun olaraq bağlamaq üçün Babayana şərait yaradır?

2023/06/1685600607.jpg
Oxunub: 533     14:41     02 Oktyabr 2024    
“Bəzi məlumatlara görə, Ermənistan hakimiyyəti Qarabağ mövzusunu yekun olaraq bağlamaq üçün “Qarabağ təhlükəsizlik şurası”nın (ləğv edilmiş qondarma qurum-red.) “keçmiş katibi” Samvel Babayanı yenidən oyuna cəlb edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, bir neçə həftə əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan eyham vurub ki, “Qarabağın təmsilçiliyi” məsələsinə yenidən baxılmalıdır.

“Məlumata görə, Qarabağdan Ermənistana köç etmiş şəxslər arasında fikir ayrılığı yaratmaq, sonra isə binanı “Qarabağ hakimiyyəti”ndən (separatçılar-red.) geri almaq istəyirlər. Babayanın 2-yə yaxın tərəfdarı ötən gün “Qarabağ nümayəndəliyi” qarşısında etiraz aksiyası keçirib, Qarabağdan Ermənistana köç etmiş şəxslərin sosial problemlərinin həllini tələb edib və Ermənistanın siyasi rəhbərliyinin bu problemlərlə məşğul olmamasından şikayətləniblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin