Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, indiki mərhələdə Paşinyan yenə deputatlarını “qapı-qapı” gəzdirir.
“Onlar regional səfərlərdə kifayət qədər fəaldırlar, insanlarla görüşlər keçirməyə çalışırlar. Lakin yerli mənbələrimiz bizi əmin edirlər ki, əhalinin əksəriyyəti, yumşaq desək, Paşinyanın partiyasının üzvlərinin üzlərini görmək istəmədiyindən növbəti dəfə inzibati rıçaqların “institutu”ndan istifadə olunur. Xüsusilə bütün yerli dövlət qurum və müəssisələri kadr təminatı vəzifəsini öz üzərinə götürməyə məcburdurlar: görüşlər zamanı “gözəl kadrlar” təmin etmək üçün hər şeyi etməyə çalışırlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az