ASELSAN böyük miqdarlarda MURAD 100-A AESA radarının istehsalına başlayıb

2024/10/1727763457.jpg
Oxunub: 374     12:16     02 Oktyabr 2024    
Türkiyədə yerli və milli imkanlarla inkişaf etdirilən MURAD (Döyüş Təyyarəsi Atəşinə Nəzarət Radarı) ailəsi ölkənin hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Ordu.az xəbər verir ki, ən çox diqqət çəkən inkişaf bu yüksək texnologiyalı radarların indi böyük miqdarlarda istehsal olunmağa başlaması olub.

MURAD layihəsinin təməli Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının F-16 təyyarələrinin radar modernləşdirməsi ehtiyacı ilə qoyulub.

Təxminən beş il kimi qısa bir müddətdə F-16 ilə sıfırdan uçuş sınaq səviyyəsinə gətirilən AESA radarı qlobal rəqibləri ilə müqayisədə ciddi uğur qazanıb.

MURAD “Akıncı” zərbə tipli pilotsuz uçuş aparatı, “Hürjet”, “Anka-3” və “Kızılelma” milli pilotsuz təyyarə sistemi kimi müxtəlif hava platformalarında istifadə edilməyə başlayacaq.

Bu inkişaf Türkiyəni radar texnologiyası üzrə dünyanın ilk beş ölkəsi sırasına daxil edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   MURAD   AESA  


Bizi "telegram"da izləyin