Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Britaniya, İtaliya və İspaniyanın dəstəyinə baxmayaraq, Almaniya satışa əngəl olmaqda davam edir. Ərdoğan və Almaniya kansleri Olaf Şolts məsələni müzakirə edib.
Türkiyənin planı əvvəlcə 20, sonra isə 40-a qədər “Eurofighter” almaqdır.
Atatürk Hava Limanında keçirilən “İstanbul AirShow” zamanı Avropa istehsalçısı “Airbus”un Türkiyə üzrə prezidenti Saymon Uord bildirib ki, “Eurofighter” layihəsinin reallaşmasında əsas rolu “Airbus” oynayır.
“Eurofighter” həm də konsorsiumdur. Britaniya, Almaniya, İtaliya və İspaniyadan ibarətdir. “Airbus”dan başqa, “BAE Systems” və “Leonardo”dan ibarətdir. Hər bir şirkətin fərqli vəzifələri var. Məsələn, “BAE Systems” yeni müştərilərin tapılmasına və müqavilələrin bağlanmasına cavabdehdir. “Airbus” həm layihənin inkişafına, həm də mühüm tərəfdaş kimi Türkiyənin “Eurofighter” addımına ciddi dəstək verir. Məsələnin ixrac icazəsi tərəfi də var. “Airbus” siyasi problemlərin aradan qaldırılması üçün bu səylərə böyük dəstək verir. “Eurofighter”i tezliklə Türkiyədə görə bilərik”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az