ABŞ İraqdakı missiyasını bitirir, amma qoşunlarını çıxarmır

2024/10/1727763124.jpg
Oxunub: 248     10:43     02 Oktyabr 2024    
ABŞ İraqdakı koalisiya missiyasının 2025-ci ilin sentyabrında başa çatacağını rəsmən açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ancaq rəsmilər hərbi qulluqçuların “İraqdakı hərbi missiyanın təkamülü” çərçivəsində ölkədə qalacaqlarını və İŞİD ilə mübarizəni davam etdirəcəklərini bildiriblər.

Yüksək dərəcəli rəsmi jurnalistlərə açıqlamasında deyib ki, ABŞ İraqı tərk etmir: “Açıq desəm, ABŞ İraqı tərk etmir. Birləşmiş Ştatlar dünya üzrə tərəfdaşları ilə uzunmüddətli təhlükəsizlik əlaqələri modelinə doğru irəliləyir”.

Rəsmi təsdiq edib ki, ABŞ və İraq əməliyyatlar üçün iki mərhələli keçid planı barədə razılığa gəliblər.

Birinci mərhələdə qlobal koalisiyanın hərbi missiyası dayandırılacaq və koalisiya qüvvələrinin müəyyən yerlərdə mövcudluğu sona çatacaq. Bu proses 2025-ci ilin sentyabrında başa çatacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq  


Bizi "telegram"da izləyin