Ordu.az xəbər verir ki, “Israel Shipyards” Filippin HDQ üçün “Acero” sinfinə məxsus sürətli hücum qayıqlarının yeni çatdırılmasını həyata keçirib.
Bu kontekstdə tədarük edilən hücum qayıqlarının silah sistemləri arasında “Typhoon Mk 30” uzaqdan idarə olunan silah sistemi və “Naval Spike NLOS” raketləri ilə təchiz edilmiş hücum qayığı Filippin HDQ-nin modernləşdirmə işləri çərçivəsində önə çıxır.
Sözügedən hücum qayıqları “Israel Shipyards” tərəfindən İsrail HDQ və ixrac müştəriləri üçün inşa edilən “Shaldag” sinfinə məxsus patrul qayıqlarının variantları olan “Acero” sinfinə məxsus sürətli hücum qayıqlarının yeddinci və səkkizinci gəmiləridir.
Sevinc Əliyeva
Ordu.az