Ordu.az xəbər verir ki, bu inkişaf xüsusilə Çinə qarşı mümkün Cənubi Çin dənizi münaqişəsində ABŞ-nin suüstü döyüş imkanlarını artıracaq mühüm addım hesab olunur.
Fotoda sentyabrın 10-da Merilend ştatındakı “NAS Patuxent River”də həyata keçirilən sınaq uçuşu əks olunub.
Görüntüdə ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı gəmisinə enə bilən F-35C döyüş təyyarəsinin qanadının altında 2 ədəd LRASM daşıdığı görünür.
LRASM AGM-158 “Joint Air-to-Surface Standoff Missile” (JASSM) raketinin törəməsi olaraq, GPS dəstəkli ətalətli naviqasiya sistemi (INS) və radioelektron dəstək tədbirləri (ESM) paketi ilə təchiz edilib.
Sevinc Əliyeva
Ordu.az