“Raytheon” Səudiyyə Ərəbistanına ilk AN/TPY-2 hava hücumundan müdafiə radarını təhvil verib

2024/09/1727681388.jpg
Oxunub: 346     13:48     02 Oktyabr 2024    
ABŞ-nin müdafiə sənayesi istehsalçısı “Raytheon” 2,3 milyard dollarlıq müqavilə çərçivəsində Səudiyyə Ərəbistanına ilk AN/TPY-2 hava hücumundan müdafiə radarını təhvil verib.

Ordu.az xəbər verir ki, “Raytheon”un radarı, genişləndirilmiş müşahidə qabiliyyətini və təhdidlərə qarşı daha yüksək həssaslığı təmin edən, tam qallium nitridi yarımkeçiricisi ilə təchiz edilmiş sinifində ilk radardır.

Radar, həmçinin enerji səmərəliliyi, çəki və güc çıxışı baxımından digər radiotezlikli yarımkeçiricilərə nisbətən bir sıra əhəmiyyətli üstünlüklər təklif edir.

“Raytheon”un AN/TPY-2 hava hücumundan müdafiə radarı uçuşun bir neçə mərhələsində düşmənin ballistik raketlərini aşkar etmək, izləmək və fərqləndirmək üçün nəzərdə tutulub.

O, elektromaqnit spektrinin “X” diapazonunda işləyir və hədəfin daha aydın görünüşünü təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Raytheon  


Bizi "telegram"da izləyin