Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Hakopyan deyib.
“Bu gün əhvalım yoxdur və müharibədəki məğlubiyyətin günahkarı ilə bağlı çox açıqlamalar vermişəm, bir daha eyni şeyi deməyəcəm, çünki fikrimi dəyişməmişəm”, - deyə Hakopyan qeyd edib.
“Keçmişdə müharibədəki məğlubiyyətin günahkarı haqqında konkret olaraq nə demisiniz?” sualına cavab olaraq o bildirib: “Əvvəlki bütün müsahibələrə, çıxışlara baxın, hər dəfə eyni şeyi demişəm”.
“Erməni milləti üçün 2020-ci il müharibəsi bitib?” sualına Hakopyan belə cavab verib: “Vəziyyəti bilənlər desinlər ki, müharibə millət üçün bitib, yoxsa yox? Mən onlar kimi vəziyyəti bilmirəm”.
Alpər Mövludoğlu
Ordu.az