KİV: Ermənistanın Aİ-yə daxil olması ilə bağlı imza toplamağa davam edirlər

2024/09/1727674945.jpg
Oxunub: 570     16:12     02 Oktyabr 2024    
Bir sıra qərbyönlü qüvvələr “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinə başlanılması haqqında” qanun layihəsinin parlamentə çıxarılması üçün imza toplamağa davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu günlərdə təşkilatçılar İrəvanda və Ermənistanın vilayətlərində lazım olan 50 min imzanı toplamağa çalışırlar.

“İmzatoplamanın şənbə və bazar günləri, yəni yerli özünüidarəetmə orqanlarının işləmədiyi istirahət günlərində də təşkil olunacağı diqqətimizi cəlb edib. Təşkilatçılar qeyd ediblər ki, şənbə və bazar günləri də təşkil etmək üçün İrəvan şəhər bələdiyyəsinə və Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyinə müraciət edəcəklər. İndi isə təşəbbüskarlar elan ediblər ki, artıq bu həftə sonu imzalamaq mümkün olacaq. Yəni faktiki olaraq razılıq alıblar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin