“Hizbullah” hərəkatının silahlı qüvvələrinin komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Aqil İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülüb.
Ordu.az TASS-a istinadən xəbər verir ki, bu məlumatı İsrail ordusunun mətbuat xidməti təsdiqləyib.
“Zərbələr nəticəsində Aqillə birlikdə “Radvan” dəstəsinin (“Hizbullah”ın elit bölmələri – red.) yüksək komandanlığının nümayəndələri də öldürülüb”, - bəyanatda deyilir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İsrail
Hizbullah