Orban və Salvini Ukrayna münaqişəsini təcili dayandırmağa çağırıblar

2024/09/Ekran-1726855260.jpg
Oxunub: 348     21:39     20 Sentyabr 2024    
Macarıstanın Baş naziri Viktor Orban və İtaliyanın Baş nazirinin müavini Matteo Salvini hesab edir ki, Ukraynadakı münaqişə təcili dayandırılmalıdır.

Ordu.az xəbər verir ki, belə bir açıqlama ilə Salvininin də üzvü olduğu İtaliya Liqası partiyası çıxış edib.

“Salvini və Orban Ukraynadakı münaqişənin təcili dayandırılmasının vacibliyinə dair fikri bölüşüblər”, - açıqlamada deyilir.

Qeyd edək ki, Salvini hazırda Budapeştdə Aİ nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   Salvini  


Bizi "telegram"da izləyin