Ərdoğan BMT Baş Assambleyasından öncə Harrislə görüşməyi planlaşdırır

2024/09/f4e58-1726849800.jpg
Oxunub: 386     20:14     20 Sentyabr 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə başlayacaq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsindən öncə ABŞ-nin vitse-prezidenti Kamala Harrislə görüşməyi planlaşdırır.

Bu barədə Ordu.az “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-də qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürən Harris seçki kampaniyası üçün vəsait toplama tədbirində iştirak etmək üçün bazar günü Nyu Yorka gələcək.

Nəşr yazır ki, Türkiyə lideri Harrislə görüş istəyib və onun komandasından cavab gözləyir. Ərdoğan ABŞ-nin Demokratlar Partiyasından vitse-prezidentliyə namizədi Tim Uolts ilə də görüşə açıqdır.

“Türkiyə Prezidentinin demokratlarla görüşündə əsas məqsəd rəsmi Ankaranın Vaşinqtonla münasibətlərin səviyyəsini saxlamaqdır”, - “Bloomberg” qeyd edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Harris  


Bizi "telegram"da izləyin