“Wildberries”in ofisi yaxınlığında baş verən atışma ilə bağlı 10 nəfər həbs edilib

2024/09/998dc-1726847158.jpg
Oxunub: 334     19:21     20 Sentyabr 2024    
Moskva məhkəməsi paytaxtın mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş verən atışma ilə bağlı 10 nəfəri həbs edib.

Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə sentyabrın 18-də baş verib.

Rusiya Federasiyasının İstintaq Komitəsi atışma nəticəsində iki nəfərin öldüyünü, daha yeddi nəfərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarının yaralandığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Wildberries   Atışma  


Bizi "telegram"da izləyin