Netanyahu Hizbullahla artan gərginlik fonunda ABŞ-yə səfərini bir gün qısaldacaq

2024/07/1721310196.jpg
Oxunub: 300     17:32     20 Sentyabr 2024    
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin şimalında davam edən təhlükəsizlik vəziyyəti fonunda ABŞ-yə gözlənilən səfərini bir gün qısaldacaq.

Ordu.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb.

Onun İsraildən sentyabrın 25-i yola düşəcəyi gözlənilən səfəri beş deyil, dörd gün davam edəcək.

Qeyd edək ki, o, sentyabrın 27-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Hizbullah  


Bizi "telegram"da izləyin