Ordu.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Cien paytaxt Pekində keçirilən mətbuat konfransında ABŞ-nin Tayvana silah satışının “Vahid Çin” prinsipinə və iki ölkə arasındakı münasibətlərin əsasını təşkil edən Üç Birgə Bəyannaməyə zidd olduğunu vurğulayıb.
Satışların Çinin təhlükəsizliyini və suverenliyini təhdid etdiyini, Tayvan boğazında sülh və sabitliyə zərər verdiyini, Tayvanın müstəqilliyini müdafiə edən separatçılara yanlış mesaj verdiyini ifadə edən sözçü ABŞ-nin rəftarını qınadıqlarını və etiraz etdiklərini bildirib.
Nazirlikdən verilən açıqlamada ABŞ-nin müdafiə sənayesi şirkətləri “Sierra Nevada Corporation”, “Stick Rudder Enterprises LLC”, “Cubic Corporation”, “S3 AeroDefense”, TCOM, “TextOre”, “Plantate Management Group”, “ACT1 Federal” və “Exovera”ya qarşı sanksiyaların tətbiq ediləcəyi qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az