Ordu.az xəbər verir ki, Fransanın “Sud Ouest” qəzeti sentyabrın 18-də dərc olunan məqaləsində məsələni yenidən gündəmə gətirib.
Fransa prezidenti Emmanuel Makron iyunun 6-da Neptun əməliyyatının 80-ci ildönümü ilə bağlı anım mərasimlərində verdiyi açıqlamada deyib:
“Biz “Mirage 2000-5” təyyarələrinin satışını elan edəcəyik ki, bu da Ukraynaya öz ərazisini və hava məkanını qorumağa imkan verəcək. Biz pilot hazırlığı proqramına başlayacağıq və sonra bu təyyarələri təhvil verəcəyik. Pilotların hazırlanması üçün tələb olunan vaxt kritik amildir. Biz prezident Zelenskiyə təklif edəcəyik ki, bu yay pilotlar hazırlansın. Normalda bu proses 5-6 ay çəkir. Beləliklə, ilin sonuna qədər pilotlarımız və təyyarələrimiz ola bilər”.
Sevinc Əliyeva
Ordu.az