Türkiyə MN: Silahlı Qüvvələrimizdə yalnız milli rabitə sistemləri və proqram təminatları istifadə olunur

2024/09/c6-17-1726824234.jpg
Oxunub: 332     14:22     20 Sentyabr 2024    
Türkiyə Müdafiə Nazirliyinin mənbələri həftəlik mətbuat konfransı keçiriblər.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin mənbələri Livanda baş verən peycer partlayışlarından sonra Türkiyə Silahlı Qüvvələrinin gördüyü tədbirlərlə bağlı açıqlama veriblər.

“Türkiyə Silahlı Qüvvələrimizdə yalnız yerli və milli rabitə sistemləri və proqram təminatları istifadə olunur. İstehsal prosesində üçüncü tərəf iştirak edərsə, əlavə təfərrüatlı nəzarət mexanizmlərimiz işlədilir”, - deyə Türkiyə Müdafiə Nazirliyinin mənbələri qeyd ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN  


Bizi "telegram"da izləyin