Hindistanın ABŞ-dən icarəyə götürdüyü MQ-9B “Sea Guardian” PUA-sı qəzaya uğrayıb

2024/09/1726824089.jpg
Oxunub: 338     15:09     20 Sentyabr 2024    
Hindistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) ABŞ-dən icarəyə götürdüyü yüksək hündürlükdə uzun müddət havada qala bilən MQ-9B “Sea Guardian” Pilotsuz Uçuş Aparatı (PUA) Çennai sahillərində Benqal körfəzinə düşüb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hindistan HDQ-dən verilən açıqlamada PUA-nın Çennai yaxınlığındakı Arakkonamda yerləşən INS “Rajali” dəniz aviabazasından havaya qalxdığı bildirilib.

2020-ci ildə Hindistan HDQ Hind okeanı regionunda müşahidə missiyaları üçün ABŞ-də yerləşən müdafiə şirkəti “General Atomics”dən 2 ədəd MQ-9B “Sea Guardian” PUA-sını icarəyə götürüb.

İlkin olaraq icarə bir il müddətinə təyin edilsə də, o vaxtdan fasiləsiz istifadə üçün uzadılıb.

“General Atomics” lizinq müqaviləsinə uyğun olaraq PUA-ları idarə edir və onlara texniki xidmət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   ABŞ  


Bizi "telegram"da izləyin