Ordu.az xəbər verir ki, ölkə lideri Kim Çen In sözügedən raketlərin sınaq atışlarını izləyib.
4,5 tonluq sinfə məxsus super böyük döyüş başlığı daşıma gücünə malik “Hwasongpho-11-Da-4.5” adlı taktiki ballistik raketin sınaq atışı 320 kilometr mənzildə dəqiqliyi yoxlamaq üçün həyata keçirilib.
Bundan əlavə, təkmilləşdirilmiş strateji qanadlı raket sınaqdan keçirilib.
Kim sınaqlar vasitəsilə silah və texnikanın performansının yaxşılaşdırılmasının birbaşa xarici qüvvələrin Şimali Koreyanın təhlükəsizlik mühitinə yaratdığı ciddi təhlükə ilə əlaqəli olduğunu bildirib və bu sınaqların nəticələrindən məmnun olduğunu qeyd edib.
Sevinc Əliyeva
Ordu.az