Erməni nazir: “Keçmiş prezidentlər 100 min və daha artıq nümayişçiyə malik olmaq məqsədilə Qarabağı təhvil veriblər”

2024/09/1726816974.jpg
Oxunub: 351     15:01     20 Sentyabr 2024    
“Qarabağın keçmiş prezidenti”nin (separatçı-red.) imzası ilə Qarabağ təhvil verildi, “Qarabağın keçmiş prezidenti”nin imzası ilə bütün “dövlət orqanları” ləğv edildi və xatırlatmaq istəyirəm ki, bu, həmin şəxs “Qarabağın prezidenti” olandan 10-15 gün sonra baş verib”.

Ordu.az xəbər verir ki, bunu sentyabrın 19-da Ermənistan hökumətinin iclasından sonra hakim partiyanın üzvü olan iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.

“Bu elə bir proses idi ki, ən azı Ermənistanın ikinci və üçüncü prezidentləri, onların komandaları “saray çevrilişi” baş verəndə, nəinki alqışlayırdılar, hətta sevinclərindən demək olar uçurdular. Bizə söz verirdilər ki, Qarabağda hansı siyasət aparılacağına baxın. Biz bunu gördük. Cəmi 10 gün ərzində ikinci və üçüncü prezidentlərin komandaları “uğurla” “Qarabağın bütün qurumları”nı ləğv etdilər, bundan sonra onlar “Qarabağ”ı ləğv etdilər”, - deyə o qeyd edib.

Erməni nazir bildirib ki, Ermənistanın keçmiş prezidentləri Ermənistanda hakimiyyətin zəbt edilməsi üçün 100 min və daha artıq nümayişçiyə malik olmaq məqsədilə Qarabağı təhvil veriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin