Ağlasığmaz təhlükələrin adi reallığında nisbiləşmə – BAXIŞ BUCAĞI

2024/09/1726735193.jpg
Oxunub: 488     12:38     19 Sentyabr 2024    
Ötən günlərdə Beyrutda peycerin detonasiyası nəticəsində minlərlə insan yaralanıb, 11 nəfər həlak olub.

Bu məlumat çoxlarında fantastik ssenari təəsssüratı yarada bilər, halbuki söhbət həqiqətən baş vermiş hadisədən gedir. Məlumatlara görə, bunu İsrail xüsusi xidmət orqanları həyata keçirib, Livanda “Hizbullah” döyüşçülərinin istifadə etdiyi peycerlərə kiberhücum təşkil edib.

Məlumatlara görə, İsrailin kiberhücumu nəticəsində “Hizbullah” döyüşçülərinin istifadə etdiyi minlərlə peycer eyni vaxtda həddindən artıq qızıb və bu batareyalar partlayıb. Bu əməliyyat müasir dünyada təhlükəsizlik çağırışlarının səviyyəsindən, onların hansı xarakter daşıya biləcəyindən, dövlətlərin və icmaların təhlükəsizliyini hansı istiqamətlərdən təhdid edə biləcəyindən danışır.

Bu, öz növbəsində, təhlükəsizliyin təmin edilməsi sistemlərinin, təhlükəsizlik konsepsiyalarının və mexanizmlərinin də hansı əsaslı dəyişikliklərə məruz qalmalı olmasından danışır. Müasir dünyada hər şey əslində nisbiləşməyə məruz qalıb. Təhlükəsizlik nöqteyi-nəzərindən bu gün dövlətlərin qarşısında duran problem nisbilik dərəcəsini minimuma endirməkdir, çünki davamlı texnoloji inqilab dövründə milli təhlükəsizlik təhdidi anlayışının hansı transformasiyaya və ya mutasiyaya məruz qala biləcəyini proqnozlaşdırmaq çox çətinləşib.

Buna görə də milli təhlükəsizlik sistemləri baxımından maksimum çevik, yüksək əməliyyat xüsusiyyətləri toplusu tələb olunur.

Əgər dövlətlər məsələləri bu səviyyədə həll edə bilmirlərsə, təbii ki, siyasi və diplomatik mənada da həssas hala gəlirlər, çünki bu sahədə səmərəliliyin əsasını iqtisadiyyat təşkil edir, bununla belə həyat qabiliyyətinin əsası həmin iqtisadiyyatdan əldə edilən nəticəni ilk növbədə təhlükəsizliyə nəinki mobil, çevik, sürətli reaksiya verilməsi, həm də əslində təhlükəsizliyin tez proqnozlaşdırılması sisteminə çevirməkdir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah   Peycer  


Bizi "telegram"da izləyin