Fransa 7 ədəd SAMP/T HHM sistemi sifariş edib

2024/09/1726735155.jpg
Oxunub: 364     14:38     20 Sentyabr 2024    
Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü Fransanın əlavə 7 ədəd yeni nəsil SAMP/T hava hücumundan müdafiə sistemi sifariş etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, MBDA və “Thales”in birgə müəssisəsi olan “Eurosam” tərəfindən hazırlanan və layihələndirilən müqavilə iyul ayında istehsalçılarla Fransanın “Direction Générale de l'Armement” (DGA) satınalma agentliyi arasında imzalanıb.

Bu yeni sifarişlə Fransa ümumilikdə 8 modernləşdirilmiş SAMP/T sistemini istifadəyə verib, onlardan birincisi 2026-cı ilə qədər Silahlı Qüvvələrə inteqrasiya olunacaq.

7 sistem üçün müqavilənin təxminən 500 milyon avro dəyərində olduğu təxmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   SAMP/T   HHM  


Bizi "telegram"da izləyin