Polşa daşqınlar zamanı axtarış və xilasetmə üçün TB2-lərdən istifadə edir

2024/09/1726734295.jpg
Oxunub: 354     16:02     20 Sentyabr 2024    
“Baykar” tərəfindən hazırlanan və Polşaya ixrac edilən “Bayraktar TB2” pilotsuz uçuş aparatları ölkədə yağan güclü yağışdan sonra axtarış-xilasetmə missiyaları üçün havaya qalxıb.

Ordu.az xəbər verir ki, axtarış-xilasetmə işlərinə dəstək verən Polşa Quru Qoşunları komandanı general Marek Sokolovski TB2-lərin bölgədə təxminən 12 saat uçduğunu bildirib.

O, həmçinin qeyd edib ki, Polşa fəlakət qurbanlarına 19 helikopter ayırıb.

Povods bölgəsi, xüsusilə də Stronie Slaskie şəhəri baş verən daşqından çox zərər çəkib. Bölgənin infrastrukturuna, xüsusən də elektrik enerjisinə ciddi ziyan dəyib.

Aparılan dəyərləndirmələrə görə, zərərin təxminən 250 milyon avro olduğu təxmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   TB2  


Bizi "telegram"da izləyin