Ordu.az xəbər verir ki, “SARSILMAZ Silah Sanayi A.Ş.”nin Baş direktoru Alp Önder Özpamukçu sərgi haqqında danışıb.
“Türkiyənin müdafiə sənayesi və aviasiya sahəsində çatdığı səviyyə bu sahədəki istehsalçıları da fərqli nöqtəyə aparıb. Belə bir mühitdə düşünürəm ki, IGEF 2024 sərgisi Türkiyənin daxili təhlükəsizlikdə istehsal gücünü nümayiş etdirmək, əməkdaşlıq imkanlarını görmək və beynəlxalq şəbəkə yaratmaq üçün böyük töhfə verəcək”, - deyə Özpamukçu qeyd edib.
Daxili təhlükəsizlik sahəsində ilk beynəlxalq avadanlıq sərgisi olan Daxili Təhlükəsizlik Avadanlıqları Sərgisi (İGEF) Ankara “ATO Congresium” Konqres və Sərgi Mərkəzində qapılarını açıb.
Yerli və beynəlxalq informasiya texnologiyaları və təhlükəsizlik sektorundan alıcı və tədarükçü şirkətlərin, özəl təhlükəsizlik şirkətlərinin böyük maraq göstərdiyi sərgidə bilavasitə kibertəhlükəsizlik və ümumi təhlükəsizliklə bağlı bank, sığorta, enerji, infrastruktur və mühəndislik xidmətlərinin nümayəndələri də iştirak edirlər.
Sevinc Əliyeva
Ordu.az