ABŞ ordusu “BAE Systems”dən 200-dən çox “Bradley A4” piyada döyüş maşını sifariş edib

2024/09/2024--1726730509.jpg
Oxunub: 393     18:20     20 Sentyabr 2024    
ABŞ ordusu “BAE Systems” ilə 200-dən çox “Bradley A4” piyada döyüş maşını üçün 440 milyon dollarlıq istehsal müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, bu müqavilə Ukraynaya göndərilən 300-dən çox “Bradley”dən bəzilərini yenilənmiş versiya ilə yeniləməyi hədəfləyir.

“Bradley” piyada döyüş maşını “BAE Systems Land & Armaments” tərəfindən istehsal olunan ABŞ-nin tırtıllı piyada döyüş maşınıdır.

“Bradley” Körfəz müharibəsi zamanı fəal şəkildə istifadə edilib.

Qüllədə quraşdırılmış M242 25 mm “Bushmaster” silahından əsas silah sistemi kimi istifadə edən M2A2 “Bradley” piyada döyüş maşını, həmçinin 7.62 mm-lik M240C pulemyotu ilə təchiz olunub və istənildiyi təqdirdə 2 ədəd TOW ATGM raketindən də istifadə edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BAE-Systems  


Bizi "telegram"da izləyin