Ordu.az xəbər verir ki, beynəlxalq məsələr üzrə erməni ekspert, APRI Araşdırmalar Mərkəzinin tədqiqatçısı Sergey Melkonyan deyib.
Melkonyan qeyd edib ki, Paşinyanın addımlarını və açıqlamalarını ziddiyyətli hesab edir.
“Paşinyanın addımlarını və açıqlamalarını ziddiyyətli hesab edirəm, çünki Ermənistan BRİKS sammitində iştirak edəcəyini açıqlayır, eyni zamanda Ermənistan KTMT-nin Ermənistanın varlığına və təhlükəsizliyinə təhdid olduğunu bəyan edir, lakin Avrasiya İqtisadi Birliyindən çıxmayacağıq, eyni zamanda Aİ-yə üzvlük gündəliyini dondurmağa hazırıq. Bu bəyanatlar, məsələn, Rusiya istiqamətində bir-biri ilə ziddiyyət təşkil edir, çünki xatırlamaq lazımdır ki, Rusiyadan ikitərəfli inkişafı ümumi Ermənistan-Rusiya münasibətlərindən ayırmağın çətin olacağına dair çox aydın mesaj göndərilib”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az