Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan deyib.
“Sonuncu dəfə Göyçədə regional səfərdə olarkən bizdən kameraları söndürməyi tələb etdilər, bir oğlan ayağa qalxdı və dedi ki, növbəti dəfə suverenlikdən danışanda, onlara deyin, bu dağın üzərində əsgər cəsədi var, ondan heç bir şey qalmayıb, onu aşağı endirə bilmirik. Yəni Ermənistan öz sərhədlərinə nəzarət etmir, ölənlərin cəsədləri dağdadır, qalıqları aşağı endirə bilmirik”, - deyə Vardanyan qeyd edib.
Erməni deputat sual verib ki, baş verən müharibələr zamanı Paşinyanın partiyasının üzvləri harada idilər?
“Hazırda Ermənistanda, o cümlədən daxili siyasi həyatda baş verənlər birbaşa Azərbaycanla aparılan danışıqlarla bağlıdır”, - deyə Vardanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az