Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar hansı mərhələdədir? Ermənistan XİN cavab verməkdən yayınır

2024/09/1726645074.jpg
Oxunub: 346     12:12     18 Sentyabr 2024    
Ermənistanın ədliyyə naziri Qriqor Minasyanın rəhbərlik etdiyi Konstitusiya İslahatları Şurası əsas qanunun əsas müddəalarının dəyişdirilməsi ilə məşğul olsa da, Xarici İşlər Nazirliyi (XİN) konstitusiya ilə bağlı məsələlərin ölkənin daxili işi olduğunu təkid edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Bir neçə gün əvvəl nəşr Azərbaycanla sülh müqaviləsi danışıqlarının hansı mərhələdə olduğunu, tərəflərin hansı zaman çərçivəsində sənədi imzalamağa hazırlaşdıqlarını öyrənmək üçün Ermənistan XİN-ə sorğu göndərib.

Ermənistan XİN nəşrin sorğusuna cavab olaraq bildirib: “Ermənistanın konstitusiyası ilə bağlı məsələlər Ermənistanın daxili işləridir”.

Danışıqlarla bağlı suallara isə Ermənistan XİN növbəti dəfə yayındırıcı cavab verib: “Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması, eləcə də iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesi çərçivəsində ictimaiyyətə açıqlanacaq məlumatlar düzgün və əsaslı tələblərlə ictimaiyyətə çatdırılır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin