“Hraparak”: Paşinyanın partiyasında yeni format yaradılıb, seçkilərə hazırlaşırlar

2024/09/1726644922.jpg
Oxunub: 253     12:45     18 Sentyabr 2024    
Regionda Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı fəal müzakirələr aparılarkən, xüsusən də Azərbaycanı Naxçıvana birləşdirən yol məsələsi müzakirə olunarkən, Nikol Paşinyan aktiv partiyadaxili fəaliyyətlə məşğuldur və 2026-cı ildə keçiriləcək növbəti seçkilərə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Paşinyanın partiyasında yeni format - deputatlardan, vilayət rəsilərindən, Paşinyanın partiyasının digər tanınmış üzvlərindən ibarət olan vilayətlərin və paytaxtın regional şuraları yaradılıb.

“Həmin şəxslər ayda bir dəfə həm vilayətdə partiyanın yerli problemlərini, həm də sakinləri narahat edən məsələləri müzakirə edib, birgə iş nəticəsində onların həllinə çalışmalıdırlar. Paşinyanın partiyasının üzvlərinin fikrincə, bu format yaxınlaşma və daha sıx əməkdaşlıq imkanı verəcək. Məsələ burasındadır ki, vilayətlərdə partiyadaxili düşmənçilik ab-havası hökm sürür, rəsmilərin bir çoxu bir-biri ilə salamlaşmır, halbuki bu format çərçivəsində onlar nəinki ünsiyyət qurmalı, həm də bir-biri ilə sıx əməkdaşlıq etməli olacaqlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin